Gündəm / Hadisə
21 aprel 2023
0
Bərdədə qəza - 2 nəfər öldü

Bərdədə yol qəzası baş verib.
19.04.2023-cü ildə saat 19 radələrində 2000-ci il təvəllüdlü Bərdə rayon sakini Əzizov Feruz Raqub oğlunun idarə etdiyi VAZ 21099 markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Bərdə rayon sakini Sultanlı Əziz İlqar oğlunun idarə etdiyi VAZ 21011 markalı avtomobil Bərdə rayonu, Həsənqaya kəndi ərazisində toqquşmuş, hadisə nəticəsində VAZ 21011 markalı avtomobildə olan sərnişin 1956-cı il təvəllüdlü Xankişiyev Murad Fazil oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölmüş, VAZ 21099 markalı avtomobilin sürücüsü Əzizov Feruz Raqub oğlu, avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Ağayev Mirəli Mehman oğlu, VAZ 21011 markalı avtomobilin sürücüsü Sultanlı Əziz İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə RMX-yə yerləşdirilmiş və Ağayev Mirəli Mehman oğlu aldığı xəsarətlər nəticəsində xəstəxanada ölmüşdür.
Faktla bağlı Bərdə RPŞ-nin İB-də Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.

Daha çox xəbər:

Balakəndə ağır qəza - 2 nəfər öldü
Gündəm / Hadisə
İki “VAZ” toqquşdu: sərnişin ön şüşədən yola düşdü - VİDEO
Hadisə
Ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıldı
Gündəm / Hadisə
Bakıda polis ağır qəza törətdi - Ölən var
Gündəm / Hadisə
Bakıda iki maşın toqquşub, 3 nəfər ölüb - YENİLƏNİB
Gündəm / Cəmiyyət