Gündəm / Dünya
21 aprel 2023
0
ABŞ İrana yenidən sanksiya tətbiq etdi
Vaşinqton İranın hərbi təchizat şəbəkəsi ilə bağlı 1 fiziki və 6 quruma sanksiya tətbiq edib.
Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
Dövlət katibi Entoni Blinkenin adından verilən bəyanatda “Birləşmiş Ştatlar İranın hərbi proqramlarını və onun satınalma şəbəkələrini pozmaq üçün tədbirlər görməyə qətiyyətlə sadiqdir”, - deyə qeyd olunub.
İran, Çin və Malayziyada yerləşən bu şəxslər və qurumların ABŞ-ın sanksiyaya məruz qoyduğu İran Pərdəzan Sistemi Namad Armanın (PASNA) satınalma fəaliyyətlərində yardım etdiyi bildirilir. ABŞ Dövlət Departamentinin məlumatına görə, adıçəkilən şirkət İranın Müdafiə Nazirliyi və silahlı qüvvələrinin maddi-texniki təminatı ilə bağlıdır.
Daha çox xəbər:
İran Boltonun keçmiş köməkçisinə qarşı sanksiya tətbiq edib
Siyasət / DünyaABŞ İranın vəzifəli şəxslərinə qarşı viza məhdudiyyəti tətbiq edib
Siyasət / DünyaABŞ "Maqnitski aktı" üzrə Çinə qarşı sanksiya tətbiq edib
Dünyaİranlı general: "ABŞ-ın 400 hədəfini vuracaqdıq"
Siyasət / DünyaABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Dünya