Gündəm / İdman
26 aprel 2023
0

“Formula-1” Azərbaycan Qran-Prisinin yenilənmiş təqvimi AÇIQLANDI

“Formula-1” Azərbaycan Qran-Prisinin yenilənmiş təqvimi AÇIQLANDI


Beynəlxalq Avtomobil Federasiyası (FIA) aprelin 28-30-da keçiriləcək “Formula-1” Azərbaycan Qran-Prisinin yenilənmiş təqvimini açıqlayıb.

Federasiyanın avtoidman üzrə şurasının qərarına əsasən, Azərbaycan Qran-Prisində iki təsnifat yürüşü təşkil olunacaq.

Aprelin 28-də saat 13:30-dan 14:30-dək sərbəst yürüş keçiriləcək. Saat 17:00-dan 18:00-dək Azərbaycan Qran-Prisində pilotların düzülüşünü müəyyənləşdirəcək təsnifat yarışı təşkil ediləcək.

Aprelin 29-da saat 12:30-dan 13:30-dək sprint yarışı üçün təsnifat, saat 17:30-dan 18:30-dək sprint yürüşü baş tutacaq.

Aprelin 30-da isə saat 15:00-da Azərbaycan Qran-Prisinə start veriləcək.

Qeyd edək ki, üç mərhələdən sonra pilotların sıralamasında 69 xalla “Red Bull Racing”in sürücüsü Maks Ferstappen birincidir. Hesabında 54 xal olan Serxio Peres (“Red Bull Racing”) ikinci, 45 xalla Fernando Alonso (“Aston Martin”) isə üçüncü pillədə qərarlaşıblar.

Konstruktorlar kubokunda ilk üçlükdə “Red Bull Racing”, “Aston Martin” və “Mercedes” yer alıblar.