Gündəm / Hadisə
13 may 2023
0
Bakıda ağır qəza - Maşında yanaraq öldülər

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ötən gecə saat 01 radələrində Binə qəsəbəsindən keçən yoldakı körpünün altında baş verib. “Nissan” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel” aşaraq alovlanıb. Nəticədə avtomobildə olan iki nəfər yanaraq ölüb.
“Nissan”ın sürücüsü isə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Əraziyə gələn FHN-in DYMX-nin yanğınsöndürmə briqadaları maşını söndürdükdən sonra yanaraq ölən şəxslərin meyiti aidiyyəti üzrə təhvil verib. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Daha çox xəbər:

Azərbaycanda AĞIR QƏZA: Ölən var
Hadisə
Balakəndə ağır qəza - 2 nəfər öldü
Gündəm / Hadisə
Bakı-Quba yolunda maşın mikroavtobusla toqquşdu - 3 ölü, 7 yaralı (YENİLƏNİB)
Gündəm / Hadisə
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 2 nəfər yaralandı
Şou
Bakıda iki maşın toqquşub, 3 nəfər ölüb - YENİLƏNİB
Gündəm / Cəmiyyət