Gündəm / Sosial
16 may 2023
0
Ülviyyə Alovlu axtarışa verildi

Sosial media fəalı Ülviyyə Alovlu axtarışa verilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində çıxarılıb.
Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, dəfələrlə çağırış göndərilməsinə baxmayaraq, Ülviyyə Muradova cavabdeh olduğu məhkəmə iclaslarına gəlməyib. Buna görə bir müddət öncə onun barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb. Bununla belə onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Qeyd edilən situasiyanı nəzərə alaraq, məhkəmə Ü.Alovlunun barəsində axtarış qərarı çıxarıb. Qərarın icrası ilə bağlı bildiriş ərazi üzrə müvafiq polis orqanına göndərilib.
Qeyd edək ki, Ülviyyə Muradova xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq sosial media fəalı barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.
Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.

Daha çox xəbər:

Flora Kərimova MƏHKƏMƏYƏ VERİLDİ
Şou
Şeyxin müavini gəlinini məhkəməyə verdi
Gündəm / Cəmiyyət
Bəxtiyar Hacıyevlə bağlı həbs qərarı verildi
Gündəm / Cəmiyyət
Bəxtiyar Hacıyevin polisə çağırılmasının səbəbi AÇIQLANDI
Gündəm / Cəmiyyət
Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayət edildi
Cəmiyyət