Gündəm / Şou
23 may 2023
0
Bakıda içməli su qıtlığı olacaq? - RƏSMİ
Bakı və Bakıətrafı ərazilərdə içməli su qıtlığı olmayacaq.
Bunu “Trend”in sorğusuna cavab olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki. içməli su qıtlığının yaranmaması üçün “Azərsu” ASC kifayət qədər tədbirlər görüb:
“Yay aylarında əhalinin dayanıqlı su təminatının aparılması üçün planlar hazırlanıb. Xətt siyirtmələrinin, nasos stansiyalarının saz vəziyyətdə olması, onların idarə edilməsi, rejimlərin tənzimlənməsini həyata keçirməklə çalışacağıq ki, bütün abonentlərimizi dayanıqlı içməli su ilə təmin edək. Yəni əvvəlki illərin yay aylarında təminat necə olubsa, bu il də Bakı və bakıətrafı ərazilər eyni qaydada içməli su ilə təmin ediləcək”.
A.Cəbrayıllı bildirib ki, əhalinin içməli su ilə təmin edilməsi üçün Kür çayı və Ceyranbatan su anbarında kifayət qədər su ehtiyatı var:
“Düzdür, su ehtiyatları əvvəlki illərdəki kimi deyil, amma əhalinin içməli su təminatına bəs edəcək səviyyədədir”.
Daha çox xəbər:
Azərbaycanda içməli suyun qiyməti qalxacaq? - Rəsmi AÇIQLAMA
Gündəm / Cəmiyyət"Partlayış baş verən su kəməri sovet dövründə çəkilib" - Azərsu
Gündəm / CəmiyyətDəniz suyundan içməli su istehsal ediləcək - SƏRƏNCAM
Gündəm / SiyasətMEDİA və “Azərsu” birgə təlim keçirdi
Gündəm / CəmiyyətSülhməramlılar Qarabağda 1500-dən çox ermənini içməli su ilə təmin edib
Cəmiyyət