Gündəm / Dünya
29 may 2023
0
Azərbaycandan ən çox səs Ərdoğana gedib
Ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycanda səs verən türkiyəli seçicilərin böyük əksəriyyəti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 53,59%-i ( 2644 səs) AKP lideri Rəcəb Tayyib Ərdoğana, 46,41%-i (2290 səs) isə CHP sədri Kamal Kılıçdaroğluna səs verib.
Azərbaycandakı səsvermədə 4983 Türkiyə vətəndaşı iştirak edib. Onlardan 4934 səs etibarlı sayılıb, 49 səs isə etibarsız hesab edilib. Seçici aktivliyi isə 57,75% olub.
Qeyd edək ki, seçkilərin ilkin nəticələrinə əsasən, Rəcəb Tayyib Ərdoğan prezident seçilib. Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yenerin jurnalistlərə verdiyi açıqlamaya görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb. YSK rəhbəri deyib ki, hələ sayılmayan səslər nəticəyə təsir etməyəcək.
Daha çox xəbər:
Türkiyədə seçkilər ikinci tura qaldı - Bu tarixdə
Gündəm / CəmiyyətSabah Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək
Gündəm / Dünyaİlham Əliyev Ərdoğanı təbrik etdi
Gündəm / SiyasətTürkiyədə seçkilərin ilkin nəticələri - Ərdoğan irəlidədir+Canlı
Gündəm / DünyaPrezident seçkilərinin II turunun - Detalları
Gündəm / Dünya