Gündəm / Siyasət
02 iyun 2023
0
Bu gün Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçiriləcək
Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə işçi qrupun iclası keçiriləcək.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“İyunun 2-də Moskvada regional kommunikasiyalar üzrə işçi qrupun iclası planlaşdırılıb”, - deyə hökumət başçısı bildirib.
Qeyd edək ki, M.Qriqoryan bundan əlavə bildirmişdi ki, işçi qrupun görüşü çərçivəsində regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəldiklərini bildirib.
Mənbə: Erməni KİV
Daha çox xəbər:
İşçi Qrupun növbəti iclasının vaxtı və yeri açıqlandı
SiyasətSərhəd komissiyalarının növbəti görüşü gələn həftə keçiriləcək
Gündəm / Siyasətİlham Əliyevlə Paşinyan bu il yenə görüşə bilər - Erməni mediası
Gündəm / Siyasətİlham Əliyev və Paşinyan Moskvada görüşəcəklər
Gündəm / SiyasətMoskvada Azərbaycan-Ermənistan üzvlərinin görüşü keçirilir
Gündəm / Siyasət