Gündəm / Sosial
02 iyun 2023
0
Pensiyanın orta aylıq məbləği 500 manat ola bilər
“Sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə qaldıra biləcəyik”.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mətbuat konfransında bildirib.
A.Kərimovun sözlərinə görə, hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 465 manatdır.
Nazir müavini xatırladıb ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında son 5 ildə 4 sosial islahat paketi icra olunub:
“Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb”.
Daha çox xəbər:
“Orta aylıq əmək haqqı 900 manata çatacaq”
Gündəm / CəmiyyətAzərbaycanda yaşa görə pensiya ARTIRILIR
Gündəm / SosialAzərbaycanda orta aylıq pensiya artırılır
Gündəm / CəmiyyətƏmək pensiyalarının artırılması TƏKLİF EDİLİR - 2025-ci ilədək...
SosialGələn il veriləcək ünvanlı dövlət sosial yardımın məbləği açıqlandı
Gündəm / Sosial