Gündəm / Siyasət
03 iyun 2023
0
Rəsmi Bakıdan İrana səfər edənlərə bağlı XƏBƏRDARLIQ
“Cari ilin yanvar ayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur”.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.
“İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9
TEL: (+98413) 333 48 03
FAKS: (+98413) 331 53 80
E-MAIL: [email protected]
WEBSITE: tabriz.mfa.gov.az”.
Daha çox xəbər:
XİN-dən İrana getmək istəyənlərə XƏBƏRDARLIQ
Siyasət / GündəmSəfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldı
Gündəm / CəmiyyətPrezident şəhid olan səfirlik əməkdaşını TƏLTİF ETDİ
Gündəm / SiyasətDTX-dən İrandakı terror hadisəsi ilə bağlı məlumat yayanlara XƏBƏRDARLIQ
Gündəm / CəmiyyətAzərbaycan İrana nota verdi
Gündəm / Siyasət