Gündəm / Cəmiyyət
05 iyun 2023
0
Sürət həddini aşmağa görə cərimələr artırılır

Yolda sürət həddini aşmaya görə cərimələr artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.
Məcəllənin hazırkı variantı aşağıdakı kimidir:
Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.

Daha çox xəbər:

Maska taxmamağa görə cərimələr iki dəfə artırılır
Gündəm / Cəmiyyət / Sosial
Prezident sərəncam imzaladı
Siyasət
Karantin rejimini pozanlar üçün cərimələr artırılır
Gündəm
SON DƏQİQƏ: Karantin dövründə daha bir qərar TƏSDİQLƏNDİ
Gündəm / Cəmiyyət / Sosial
Yeni cərimələr hazırlanır - 300 manatdan 4000-ə qədər
Gündəm / Cəmiyyət