Gündəm / Siyasət
06 iyun 2023
0
Azərbaycanlı deputatlar Parisdə fransalı həmkarları ilə görüşəcəklər
Milli Məclisin deputatları - Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 7-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputatlar Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Görüşdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Səfər iyunun 10-da başa çatacaq.

Daha çox xəbər:

Cavanşir Feyziyev parlamentdəki daha bir vəzifəsindən çıxarıldı
Gündəm / Cəmiyyət
İtaliya parlamentinin nümayəndələri Ağdama səfər edəcəklər
Siyasət
Cavanşir Feyziyev vəzifəsindən azad olundu
Gündəm / Cəmiyyət
Sahibə Qafarova Qazaxıstana getdi
Gündəm / Siyasət
Rüfət Quliyev bu vəzifəsindən azad edildi
Cəmiyyət / Gündəm