Gündəm / Cəmiyyət
08 iyun 2023
0
Rəşad Nəbiyev Naxçıvana getdi - Rəhbər şəxslərlə görüşdü
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində MR-da Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvanın aidiyyətli qurumlarının rəhbərləri ilə görüşüblər.
Görüşdə Prezident İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər geniş müzakirə edilib. Naxçıvanda telekommunikasiya, nəqliyyat, rəqəmsallaşma, mobil rabitə, poçt və digər sahələrdə sürətli inkişaf üzrə perspektiv planlara toxunulub konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib, görüləcək işlərin planlanması, əlaqələndirilməsi və təhlili üzrə işçi qrupu yaradılıb.
Səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar muzeylə tanış olublar.
Daha çox xəbər:
Prezident onu Naxçıvana səlahiyyətli nümayəndə TƏYİN ETDİ
Gündəm / SiyasətPrezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM
Gündəm / Siyasətİlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər
Gündəm / SiyasətNaxçıvanda daha bir nazir və müavini İŞDƏN ÇIXARILDI
Gündəm / CəmiyyətNaxçıvanın səhiyyə naziri işdən çıxarıldı
Gündəm / Cəmiyyət