Gündəm / Cəmiyyət
20 may 2023
2
Naxçıvanda daha bir nazir və müavini İŞDƏN ÇIXARILDI
Naxçıvanın ekologiya və təbii sərvətlər naziri və müavini vəzifəsindən azad edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Mayis Abazər oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, Bədəl Həsənovun isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.
İmzalanan digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də Xanlar Mustafayevə verilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Xanlar Mustafayevi bu gün kollektivə təqdim ediblər.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.
Daha çox xəbər:
Naxçıvanın səhiyyə naziri işdən çıxarıldı
Gündəm / CəmiyyətNaxçıvanın mədəniyyət naziri işdən çıxarıldı
Gündəm / MədəniyyətŞahin Mustafayev və Muxtar Babayev Naxçıvana gediblər
Gündəm / CəmiyyətVasif Talıbov İSTEFA VERDİ
Gündəm / CəmiyyətYağıntının azlığı Naxçıvanın çaylarında doluluğun aşağı düşməsinə səbəb olub
Gündəm / Cəmiyyət