Gündəm / Cəmiyyət
08 iyun 2023
0
AQTA Qurban bayramına hazırlığa başladı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramına hazırlıq prosesinə başlayıb.
Bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında məlumat verilib.
Onun sözlərinə görə, AQTA müvafiq qurumlarla birgə ölkədə standartlara uyğun kəsim məntəqələrində monitorinqlər keçirib: "Standartlara uyğun olmayan yerlərdə isə çadır tipli kəsim məntəqələri quraşdırılacaq".
Q.Təhməzli həmçinin xatırladıb ki, artıq Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində çadır tipli heyvan kəsimi məntəqələri quraşdırılıb: "Həmin çadırlarda heyvanların kəsimi həyata keçiriləcək. Bildiyiniz kimi, artıq əhali bəzi əraziyə köçüb. Təbii ki, gündəlik tələbat mallarından biri də ət məhsullarıdır. Həmin çadır tipli kəsim məntəqələri quraşdırılıb. Şəhərsalmaya uyğun olaraq, orada stasionar tipli kəsim məntəqələr inşa ediləcək".
Xatırladaq ki, Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunacaq.
Daha çox xəbər:
Qurbanlıq heyvanların satış və kəsim yerləri AÇIQLANDI - SİYAHI
Gündəm / CəmiyyətAzərbaycanda qurbanlıq heyvanların satış ünvanları açıqlanıb - SİYAHI
Gündəm / CəmiyyətQurbanlıqların qiyməti kəskin artdı: Nazirliyin təşkil etdiyi 90-95 manatlıq quzular artıq olmayacaq
GündəmAQTA-nın Qarabağ və Şərqi Zəngəzur regional bölmələri yaradılıb
Gündəm / CəmiyyətQurbanlıq heyvanlar neçəyə satılır? - VİDEO
Gündəm / Cəmiyyət