Gündəm / Siyasət
09 iyun 2023
0
“İctimai iştirakçılıq haqqında” qanununa dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanunda deyilir:
1. 1.0.4-cü maddədə “müvafiq məsələlər barəsində” sözləri “, habelə mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin, həmin maddəyə “hazırlanması” sözündən sonra “(öyrənilməsi)” sözü əlavə edilsin.
2. 1.0.8-ci maddəyə “layihələrinə” sözündən sonra “və ya mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müzakirə etdiyi ictimai və yerli əhəmiyyətli məsələlərə” sözləri əlavə edilsin, həmin maddədə “mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları” sözləri “həmin orqanlar” sözləri ilə əvəz edilsin.
3. 7.1.5-ci maddəyə “ictimai” sözündən sonra “və yerli” sözləri əlavə edilsin.
4. 16.1-ci və 17.1-ci maddələrə “layihələri” sözündən sonra “və ya müzakirə olunan ictimai və yerli əhəmiyyətli məsələlər” sözləri əlavə edilsin.

Daha çox xəbər:

Naxçıvanda daha bir Dövlət Xidmətinin baş idarəsi yaradıldı - SƏRƏNCAM
Gündəm / Siyasət
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
Gündəm / Siyasət
Bu məmurları da Prezident təyin edəcək
Gündəm / Siyasət
Vergi Məcəlləsində edilən dəyişiklik təsdiqləndi
Gündəm / Siyasət
Deputatların maaşı ARTIRILDI - SƏRƏNCAM
Gündəm / İqtisadiyyat