Gündəm / Cəmiyyət
12 iyun 2023
0
Binəqədi məhkəməsinin hakimi ilə bağlı araşdırma aparılır
Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovla bağlı araşdırmalara başlanılıb.
Bu barədə Məhkəmədən məlumat verilib.
Bildirilib ki, bu gün bəzi media orqanlarında və sosial şəbəkələrdə Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun barəsində şəxsi zəmində baş vermiş məişət hadisəsi ilə bağlı məlumatlar yayılıb: "Bildiririk ki, aidiyyəti üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Həmçinin ictimaiyyəti və media nümayəndələrini həqiqətə uyğun olmayan, təqibedici, dəqiqləşdirilməmiş, hakimin və məhkəmə hakimiyyətinin nüfuzuna zərbə vura biləcək, eləcə də şəxsin icazəsi olmadan ona məxsus fərdi məlumatları yaymamağa çağırırıq".
Qeyd edək ki, mətbuatda hakimin binanın liftinə zərər vurmasını əks etdirən görüntülər yayılıb.
Daha çox xəbər:
Bakıda hakim binanın liftinin düyməsini qırıb?
Gündəm / CəmiyyətBakı Apellyasiya Məhkəməsinin hakimi koronavirusdan öldü — FOTO
Gündəm / HadisəAli Məhkəmə deputat Etibar Əliyevin ittihamlarına cavab verdi
Gündəm / CəmiyyətBu Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunacaq
Gündəm / CəmiyyətGəncə Şəhər Məhkəməsinə TƏYİNATLAR
Gündəm / Siyasət