Gündəm / Siyasət
13 iyun 2023
0
Pakistanın Baş naziri Azərbaycana səfər EDƏCƏK
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 14-15 iyun 2023-cü il tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
Bu barədə Pakistan Xarici İşlər nazirliyi məlumat yayıb.
Bildirilib ki, Baş nazirin rəhbərlik etdiyi heyətə Azərbaycanla əməkdaşlığın prioritet sahələrini təmsil edən nazirlər də daxildir.
“Çoxtərəfli forumlarda qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər və əməkdaşlıq da müzakirə olunacaq. Pakistan-Azərbaycan münasibətləri ortaq inanca, mədəniyyətə, tarixə əsaslanır. Bu əlaqələr regional və qlobal məsələlərə dair qarşılıqlı etimad və baxışların uzlaşması ilə möhkəmlənir. Rəhbərlik səviyyəsində mütəmadi mübadilələr iki ölkə arasında dostluq bağlarını göstərir, Pakistan və Azərbaycan xalqlarının rifahı naminə daha sıx çoxşaxəli əməkdaşlığı təşviq edir”, - məlumatda qeyd olunub.
Daha çox xəbər:
Pakistanın baş naziri Türkiyənin zəlzələdən zərər çəkmiş bölgəsinə gedir
Gündəm / CəmiyyətAzərbaycan-Pakistan: “Barıt qoxulu” sənəd üzərində iş gedir – TƏHLİL
Gündəm / Cəmiyyət“Azərbaycan Pakistanın haqlı mövqeyini dəstəkləyir” - Prezident
Gündəm / Cəmiyyət"Pakistan xalqı öz qardaşları ilə həmrəydir" - Şahbaz Şərif
Gündəm / Siyasətİlham Əliyev Pakistan Prezidentinə və Baş nazirinə məktub göndərdi
Gündəm / Siyasət