Gündəm / Siyasət
17 iyun 2023
0
Azərbaycan və Tatarıstan liderləri Ağalı kəndində - FOTOLAR (YENİLƏNİB)
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar.
Prezident İlham Əliyev və Rüstəm Minnixanov elektromobillərlə Ağalı kəndini gəzdilər.
Qeyd edək ki, bu günədək Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə ümumilikdə 86 ailə - 420 nəfər köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar.
Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və sair çalışırlar. Köçürülmüş əhali üçün bütün infrastruktur yaradılıb.
Prezident İlham Əliyev və Rüstəm Minnixanov Ağalı sakinləri ilə görüşüb söhbət etdilər.
Prezident İlham Əliyev: Salaməleyküm.
Sakinlər: Salaməleyküm, cənab Prezident, xoş gəlmisiniz.
Rüstəm Minnixanov: Salaməleyküm.
Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident.
Qadın sakin: Həmişə Siz gələsiniz, xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Necəsiniz? Necə yaşayırsınız?
Sakinlər: Sağ olun, cənab Prezident, Allah Sizə ömür versin. Biz yaxşıyıq, Sizin sayənizdə hər şey yaxşıdır, əladır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə kömək etsin. Biz Sizin sayənizdə burada yaşayırıq. Allah Sizə cansağlığı versin.
Prezident İlham Əliyev: Sağ olun.
Sakinlər: Sağ olun, cənab Prezident. Allah Sizi qorusun!
Prezident İlham Əliyev: Salam, necəsən? Qızım, sən də gəl.
Qadın: Salam, xoş gəlmisiniz. Gəlin, uşaqlar, şəkil çəkdirək.
Prezident İlham Əliyev: Necə yaşayırsınız burada?
Qadın: Mən Bakıdan gəlmişəm.
Prezident İlham Əliyev: Qonaq gəlmisiniz?
Qadın: Bəli, qonaq gəlmişik.
Minnixanov (balaca qıza): Adın nədir?
Qız: Xədicə.
Prezident İlham Əliyev: Bəs sənin adın nədir?
Oğlan: Yusif.
Prezident İlham Əliyev: Nəvələrinizdir. Sənin adın nədir?
Qız: Mələk.
Prezident İlham Əliyev: Necəsən?
Qız: Yaxşıyam.
Qadın sakin: Cənab Prezident, Ağalıya xoş gəlmisiniz. Allah Sizə kömək olsun.
Digər qadın: Cənab Prezident, bu gün bu qızın ad günüdür, onunla bir şəkil çəkdirərsiniz?
Prezident İlham Əliyev: Ad günüdür? Təbrik edirəm.
Qadın: Allah Sizin canınızı sağ etsin ki, bizə bu günləri qismət etdiniz.
Digər Qadın: Cənab Prezident, Sizə dərin təşəkkürümüzü bildiririk. Sizinlə dəfələrlə görüşmüşük, yəqin tanımış olarsınız.
Prezident İlham Əliyev: Çox sağ olun. Bəli, bəli.
Qadın: Ağalıya xoş gəlmisiniz, həmişə Siz gələsiniz. Siz gələndə biz çox sevinirik. Görürsünüz, Sizi uşaqlar da nə qədər çox istəyirlər.
Sakinlər. Allah Sizi var eləsin. Sizinlə fəxr edirik. Bizim Prezidentimiz dünya lideridir.
Qadın: İnşallah, həmişə yolunuz açıq, işiniz uğurlu olsun.
***13:47
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Daha çox xəbər:
Ağalı sakinləri doğma yurdlarında
Gündəm / Cəmiyyətİlham Əliyev və Rüstəm Minnixanov Cəbrayılda açılış etdilər
Gündəm / Siyasət"Ərazilərin bərpası işinə belə münasibətə görə çox minnətdarıq" - Prezident
Gündəm / SiyasətSakinlərin Ağalı kəndinə köçürülməsinə BAŞLANILIR
Gündəm / Cəmiyyət"Respublikalarımızı Volqa və Xəzər birləşdirir" - Tatarıstan Rəisi
Gündəm / Siyasət