Gündəm / Cəmiyyət
20 iyun 2023
0
"Dərmanların qiyməti müəyyən ölkələrlə müqayisədə bahadır" - Nazir müavini
Azərbaycanda dərman vasitələrinin qiyməti müəyyən ölkələrlə müqayisədə bahadır.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
Nazir müavini bildirib ki, həmin ölkələrin sayı elə də çox deyil: “Adətən qiymət fərqləri qardaş Türkiyə ilə müqayisə edilir. Qeyd edim ki, orada dərmanların 70-80 %-i daxili istehsaldır. Orada qiymətlərin tənzimlənməsi üçün fərqli yanaşma var. Tarif Şurası, Səhiyyə və İqtasiyyat Nazirlikləri qiymət siyasətinin müəyyənləşdirilməsi istiqamətində ciddi müzakirələr gedir. Təkliflərimiz var. Bu da mövcud mexanizmlərdən tamamilə fərqlənir. Təklif etdiyimiz qiymətlərin müəyyənləşdirilməsi mexanizminin qəbul olunmasına çalışacağıq. Eyni zamanda, istinad ölkələrinin siyahısına yenidən baxılması nəzərdə tutulur və təbii ki, real bazar qiymətləri əks olunacaq".
R.İsmayılov qeyd edib ki, Ddərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün kifayət qədər ciddi problem yaradırdı:
"Xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamaqda maraqlı deyildilər. “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması təklif olunur. Türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul edilməsi təklif edilir”.
Daha çox xəbər:
Azərbaycanda dərman qıtlığı var? - Nazirdən AÇIQLAMA
Gündəm / CəmiyyətAzərbaycanda dərman vasitələri istehsal olunacaq
Səhiyyə"Dərmanların gömrükdən keçirilməsi ilə bağlı problemlər var" - Deputat
Gündəm / Cəmiyyət"Azərbaycanda dərman qiymətləri bahadır" - Deputat
Gündəm / Cəmiyyətİki nazirin müraciəti əsasında Tarif Şurası qiymətləri ARTIRDI
Gündəm / Cəmiyyət