Səhiyyə
29 mart 2023
0
Azərbaycanda dərman vasitələri istehsal olunacaq
Azərbaycanda dərman vasitələrinin istehsalına başlanılacaq.
Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov məlumat verib.
O bildirib ki, dərman istehsalı sahəsində xeyli geri qalmışıq: “Amma indi Ələt Azad İqtisadi Zonasında bir neçə dərman istehsalı müəssiələrinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Türkiyədən, İsraildən və başqa ölkələrdən şirkətklər var. Bu istiqamətdə hökumət, müvafiq qurumlar işlərə başlayıb və gələcəkdə bunun nəticələrini görəcəyik”.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın dərman bitki ehtiyatları var: “Bununla da bir çox dərmanları özümüz də istehsal edə bilərik. Zavod və fabriklərin yaradılması bu işə təkan vermiş olar. Xarici ölkələrdən asılılığımızı həll edə bilsək, həm dərmanların keyfiyyətinə, həm də qiymətlərin aşağı olmasına nəzarət etmiş olacağıq. Hazırda bu sahədə xaricdən asılı olduğumuzdan müəyyən problemlər yaşayırıq. Qiymətlərin yüksək olmasının obyektiv səbəbləri var. Özəl şirkətlər dərmanları aşağı qiymətə sata bilmədiklərindən ölkəyə gətirilməsində maraqlı deyillər”.
Daha çox xəbər:
"Dərmanların gömrükdən keçirilməsi ilə bağlı problemlər var" - Deputat
Gündəm / Cəmiyyət"Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir" - Səbinə Əliyeva
Gündəm / Cəmiyyət"Dərmanların qiymətlərinin yüksək olması narazılıqlara səbəb olur" - Komitə sədri
Gündəm / Cəmiyyət"Azərbaycanda dərman qiymətləri bahadır" - Deputat
Gündəm / Cəmiyyətİranda dərman böhranı dərinləşir
Gündəm / Dünya