Gündəm / Cəmiyyət
22 iyun 2023
0
Muxtar Babayev Gədəbəyə getdi
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Gədəbəyə gedib.
Milliinfo.az REAL TV-yə istinadən xəbər verir ki, Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri olan Muxtar Babayev və Komissiya üzvləri kənd sakinləri ilə görüş keçirəcək.
“Komissiya üzvləri ilə birlikdə görüş və iclas keçiriləcək. Daha sonra əraziyə gedib vəziyyətlə tanış olacağıq. Komissiya ərazidəki problemləri daha dəqiq öyrənəcək və təkliflər hazırlayacaq”, - nazir bildirib.
Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.
Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Daha çox xəbər:
Şahin Mustafayev və Muxtar Babayev Naxçıvana gediblər
Gündəm / CəmiyyətNaxçıvanda daha bir nazir və müavini İŞDƏN ÇIXARILDI
Gündəm / Cəmiyyətİlham Əliyev yeni komissiya YARATDI
Gündəm / SiyasətMuxtar Babayev türkiyəli nazirlə görüşdü
Gündəm / CəmiyyətBaş nazirdən Azərbaycanın mülki müdafiə planı ilə bağlı SƏRƏNCAM
Gündəm / Siyasət