Gündəm / Cəmiyyət
23 iyun 2023
0
Neftçalada nə baş verib? - Açıqlama

Neftçalanın Bankə qəsəbəsində səyyar görüş zamanı vətəndaşlarla icra başçısı arasında insident baş verməsi haqda məlumatlar yayılıb.
Sosial şəbəkələrdə yayılan məlumatda icra başçısı Mirhəsən Seyidovun döyülməsi ilə bağlı iddialar səsləndirilib.
Məsələ ilə bağlı Nefçala Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İH-dən “Qafqazinfo”ya bildirildi ki, sosial şəbəkələrdə icra başçısı ilə bağlı yayılan məlumatlar heç bir həqiqəti əks etdirmir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən də məlumatın tam əsassız olduğu, həqiqəti əks etdirmədiyi açıqlanıb.
Əldə etdiyimiz məlumata görə, hazırda Mirhəsən Seyidov dövlət qulluqçuları ilə bağlı tədbirdə iştirak edir.

Daha çox xəbər:

İcra başçısı köməkçisinin törətdiyi qəzanı gizlədib? - DİN-dən açıqlama
Gündəm / Cəmiyyət
Bakıda məktəbdə qızlar arasında dava düşdü - AÇIQLAMA
Gündəm / Cəmiyyət
TƏBİB villa ilə bağlı məlumatlara cavab verdi
Gündəm / Cəmiyyət
İcra başçısı müavinini İŞDƏN ÇIXARDI
Gündəm / Cəmiyyət
Ağcəbədidə su quyusundan qızıl tapıldığına görə polis postları qurulub? - Rəsmi
Gündəm / Cəmiyyət