Gündəm / Cəmiyyət
25 iyun 2023
0
Parklanmaya görə ödənişin məbləği təsdiq EDİLDİ

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bu Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.
Bu Qərar dərc edildiyi tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.
Qeyd edilib ki, Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği əlavədə nəzərdə tutulan zonalara uyğun olaraq müəyyən edilir.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.
Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.


Daha çox xəbər:

Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz parklanma icazəsi
Gündəm
Bu hallarda Şuşada nəqliyyat vasitələrinin hərəkəti QADAĞAN EDİLƏCƏK
Gündəm / Şou
Maşınlara plyonka çəkilməsi qaydası təsdiqləndi
Gündəm / Cəmiyyət
Baş nazir bir sıra sənədlərdən “əlil” və “qüsur” sözlərinin çıxarılması ilə bağlı qərar verdi
Gündəm / Cəmiyyət / Sosial
Baş nazirdən Dövlət Vergi Xidməti ilə bağlı QƏRAR
Gündəm / İqtisadiyyat