Gündəm / Şou
04 avqust 2022
18

Bu hallarda Şuşada nəqliyyat vasitələrinin hərəkəti QADAĞAN EDİLƏCƏK

Bu hallarda Şuşada nəqliyyat vasitələrinin hərəkəti QADAĞAN EDİLƏCƏK


Şuşa şəhərində hansı hallarda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağı məlum olub.

Bu, Nazirlər Kabinetinin ““Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, mühafizə zonasından keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələr üçün təhlükə yaradarsa, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya qadağa qoyula bilər.

Mühafizə zonasında İdarə tərəfindən müəyyən edilmiş yerlərdən kənarda nəqliyyat vasitələrinin hərəkətinə, dayanacaqların təşkilinə, çadırların qurulmasına və tonqalların yandırılmasına yol verilməyəcək.