Gündəm / Cəmiyyət
11 iyul 2022
24
Bakıdan Xaçmaza gedən yol bağlandı - SƏBƏB
İyulun 10-da Gəndob-Yalama avtomobil yolunun 12-ci km-də meşə zolağında yanğın baş verməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti istiqaməti müvəqqəti dəyişdirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakıdan Xaçmaz rayonu istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti yolun 130-cu km-də məcburi olaraq Quba rayonu istiqamətinə yönləndirilib.
Polis əməkdaşlarının köməkliyi ilə nəqliyyat vasitələrinin alternativ yollarla Quba rayonundan Xaçmaz rayonuna, eləcə də Bakı istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin edilib.
Hazırda həmin ərazidə yanğının qarşısı alınıb və nəqliyyatın hərəkəti tam bərpa edilib.

Daha çox xəbər:

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı
Gündəm / Cəmiyyət
“Şamaxı yolu” adlanan ərazi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb
İqtisadiyyat
Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI
Gündəm
Bakı-Quba yolu ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Gündəm / Şou
Bakıda bu yolda hərəkət məhdudlaşdırılır
Cəmiyyət