Gündəm / Hadisə
28 iyun 2023
0

Daha bir gənc dənizdə boğuldu



Bakıda daha bir gənc çimərıikdə boğularaq ölüb.

Hadisə Xəzər rayonu Buzovna qəsəbəsindəki çimərlikdə baş verib.

Valideynləri və digər ailə üzvləri ilə birgə dəniz sahilinə istirahətə gedən 2001-ci ilə təvəllüdlü Anar İlqar oğlu Abbasov suda boğulub.

Onun meyiti çıxarılaraq təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.