Gündəm / Cəmiyyət
29 iyun 2023
0
Fransada AzTV-nin əməkdaşlarına hücum edildi
Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına hücum olub.
Bununla bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC bəyanat yayıb.
Bildirilib ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
“Azərbaycan Televiziya və Radio Verilişləri QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”, - bəyanatda qeyd olunub.
Daha çox xəbər:
Prezident AzTV-yə 1 milyon manat ayırdı - SƏRƏNCAM
Gündəm / SiyasətHesablama Palatası AzTV-də yoxlama aparır
Gündəm / İqtisadiyyatQarabağda yaşayan ermənilərə müraciət - “Seçim sizindir!”
Siyasət / SosialAzTV-nin rejissoru və həyat yoldaşı peyvənddən ölüb? - AÇIQLAMA
Gündəm / CəmiyyətAzTV Mehriban Əliyevanın doğum günü ilə bağlı sənədli film təqdim edib - VİDEO
Gündəm / Cəmiyyət