Gündəm / Dünya
03 iyul 2023
0
MİT İstanbulda MOSSAD-a "işləyən" 7 nəfəri tutdu
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İstanbulda kritik əməliyyat keçirib.
İsrail Milli Kəşfiyyat Xidməti MOSSAD-da işlədiyi müəyyən edilən 7 nəfər İstanbulda tutulub. Onlardan 2-sinin türk olduğu bildirilir.
Qeyd olunur ki, MİT İstanbul Regional İdarəsinin Əks-Kəşfiyyat bölmələri MOSSAD-ın Türkiyədəki kəşfiyyat fəaliyyətlərini aylarca addım-addım təqib edib.
MOSSAD-ın Türkiyədə yaşayan əcnəbiləri uzaqdan onlayn marşrutlaşdırma texnikasından istifadə edərək izlədiyi müəyyən edilib. Sonra əməliyyat üçün düyməyə basılıb.
İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin təşkil etdiyi siyasi və hərbi casusluq əməliyyatında tutulan 7 nəfər dindirilərkən MOSSAD-a işlədiklərini etiraf edib.
MİT-in əldə etdiyi məlumata görə, MOSSAD kəşfiyyat və izləmə qabiliyyətinə malik şəxsləri xüsusi olaraq seçərək xaricdə öyrədib. MİT, həmçinin MOSSAD-ın kəşfiyyat məlumatı toplamaq və SİHA-larla əməliyyatın keçiriləcəyi yerləri müəyyən etmək üçün İstanbulda cəlb etdiyi ərəbəsilli casusları ilk növbədə Livan və Suriyaya göndərdiyini müəyyən edib.
Daha çox xəbər:
"İran tezliklə Rusiyaya göndərdiyi silah partiyasını genişləndirə bilər" - Mossad şefi
Gündəm / DünyaTürkiyə PKK-nın PUA istehsalçısını MƏHV ETDİ
Gündəm / SiyasətMİT Azərbaycanda FETÖ-yə bağlı şirkət rəhbərini həbs etdi
Gündəm / CəmiyyətİŞİD-in Türkiyə valisi yaxalandı - FOTO
Dünyaİstanbulda partlayış törətmək istəyən İŞİD üzvləri saxlanıldı
Gündəm / Dünya