Gündəm / Hadisə
04 iyul 2023
0
Bələdiyyə sədri məhkəmə binasında vəfat edib

Kürdəmirdə bələdiyyə sədri məhkəmə binasında vəfat edib.
Hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayonun Karrar kənd bələdiyyəsinin sədri Cəfərov Sahib rayon məhkəməsinin inzibati binasına daxil olarkən halı pisləşib və o yıxılaraq huşunu itirib. Ətrafdakı insanlar onu xəstəxanaya çatdırmaq istəsələr də, Cəfərov Sahib ürəktutmasından dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, Sahib Cəfərov bir müddət əvvəl ürəyindən əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır./report

Daha çox xəbər:

CƏMİYYƏT Samuxda maşın kanala düşdü, bələdiyyə sədri öldü
Hadisə
Azərbaycanda məhkəmə sədri koronavirusdan vəfat etdi
Gündəm / Siyasət
İsmayıllıda iki uşaq anası ÖZÜNÜ ASDI
Gündəm / Hadisə
İcra başçısının sabiq xanım müavini məhkəmə zalında həbs OLUNDU
Hadisə
Bələdiyyə sədri onu lağa qoyan icra başçısını MƏHKƏMƏYƏ VERDİ
Gündəm / Cəmiyyət