Gündəm / Cəmiyyət
13 iyul 2023
0
Bu gün daha 23 ailə Laçın şəhərinə yola salınıb
Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.
Daha 85 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür.
Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.
Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.
Daha çox xəbər:
Daha 15 ailə Laçın şəhərinə yola salınıb - FOTO
Gündəm / CəmiyyətDaha 10 ailə Ağalıya köçürüldü
CəmiyyətQayıdışın ayaq səsi – Qarabağa, Zəngəzura yayılsın!
Gündəm / Cəmiyyət"Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə qurulacaq" - Prezident
Gündəm / Siyasətİlham Əliyev: "Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi"
Gündəm / Siyasət