Gündəm / Sosial
13 iyul 2023
1
İyul tarixin ən isti ayı kimi qeydə alına bilər
Avropa və Şimali Afrikada isti dalğası bəzi yerlərdə rekord həddə çata bilər.
Bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, İspaniya, Fransa, Yunanıstan, Xorvatiya və Türkiyədə temperatur 40 dərəcəni keçə bilər. İtaliyada Florensiya və Roma da daxil olmaqla on şəhər üçün qırmızı təhlükə elan edilib. Burada temperaturun 48,8 dərəcəyə çata biləcəyi təxmin edilir.
İtaliyalı siyasətçi Nikola Fratoianni vəziyyəti “Dözülməz isti dalğası ilə üz-üzəyik” mesajı ilə paylaşıb. Ölkədə turistlərin də istidən huşunu itirdiyi barədə məlumatlar var.
Qeyd edək ki, ötən il Avropada 60 min insan isti dalğası ilə bağlı fəsadlar səbəbindən ölüb.
Leypsiq Universitetindən verilən açıqlamada, bu ay tarixin ən isti ayı kimi qeydə alına bilər: “Tarixin ən isti ayı dedikdə, son 120 min ilin ən isti ayı nəzərdə tutulur. Növbəti bir neçə gün ərzində Cənub Yarımkürəsində temperatur bir qədər aşağı düşəcək, lakin iyul və avqust aylarında daha isti günlər görəcəyik”.