Gündəm / Cəmiyyət
14 iyul 2023
0
İnam Kərimov iclas keçirdi - Bəzi hakimlər barədə intizam icraatları başlanıldı
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
İclasda sədr İnam Kərimov məhkəmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb, bu istiqamətdə qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Sonra iclasda gündəlikdəki məsələlər üzrə məruzələr dinlənilib, məhkəmə sisteminin səmərəliliyinin artırılması, hakimlərin seçim qaydalarının təkmilləşdirilməsi üzrə konkret təkliflər müzakirə olunub, məhkəmə fəaliyyətini tənzimləyən hüquqi akt layihələrinə baxılıb.
Eyni zamanda Hakimlərin Seçki Komitəsinə yeni üzvlər seçilib, bəzi təşkilati məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
Bundan başqa hakimlərin intizam icraatı üzrə işlərə baxılıb, kobud qanun pozuntularına yol vermiş bəzi hakimlər barədə yeni intizam icraatları başlanılıb.

Daha çox xəbər:

Azərbaycanda məhkəmə sədrinə töhmət verildi
Hadisə
Hakim olmaq istəyən 64 nəfər test mərhələsində uğur qazanıb
Gündəm
Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi
Gündəm / İqtisadiyyat
Sima Yaqubova Mediasiya Şurasının İdarə Heyətinin üzvü seçildi
Gündəm / Cəmiyyət
Parlamentin İntizam Komissiyasının Əsasnaməsi müzakirə edildi
Gündəm / Siyasət