Gündəm / Cəmiyyət
18 iyul 2023
0
Təhsil krediti götürmək istəyən tələbələrin NƏZƏRİNƏ
İyulun 20-si saat 12:00-dan etibarən 2023-2024-cü ilin payız semestri üzrə təhsil tələbə krediti müraciətlərinə başlanılır.
Bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib. Bildirilib ki, ikinci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə biləcəklər.
Magistratura səviyyəsi üzrə isə yeni qəbul olmuş tələbələr üçün qeydiyyat yaxın günlərdə başlayacaq və həmin tələbələrin təhsil tələbə krediti üçün müraciət etmə imkanı olacaq.
Bakalavr və subbakalavr təhsil səviyyəsi üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq təhsil tələbə krediti müraciətlərini göndərə biləcəklər.
Daha çox xəbər:
Özəl universitetlərdə oxuyan tələbələr də kredit götürə biləcək? - Nazir müavini AÇIQLADI
Gündəm / CəmiyyətTəhsil Tələbə Krediti aztəminatlı ailələrə ali təhsili əlçatan edəcək
Gündəm / Cəmiyyət"Dövlət başçısı bu krediti nə vaxtsa bağışlaya bilər" - AÇIQLAMA
Gündəm / CəmiyyətBu gün ali məktəblərə ixtisas seçimi başlayır
CəmiyyətSabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR
Gündəm / Cəmiyyət