Gündəm / Cəmiyyət
19 iyul 2023
3
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi - FOTO
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşova yüksək vəzifə verib.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.
Seymur Qaraşov
Baş İdarənin bundan əvvəlki rəisi, polkovnik Sahib Əliyev vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə rəis müavini təyin edilmişdi.
Daha çox xəbər:
Nazir icra başçısının oğluna yüksək VƏZİFƏ VERDİ
Gündəm / CəmiyyətNazir İsaxan Aşurovun oğlunu rəis təyin etdi - ƏMR
Gündəm / CəmiyyətKəmaləddin Heydərov iki rəisin yerini DƏYİŞDİRDİ
GündəmFHN generallarının SİYAHISI
Gündəm / CəmiyyətOnun rütbəsi artırılıb yüksək vəzifəyə gətirildi - FOTO
Gündəm / Cəmiyyət