Gündəm / Dünya
21 iyul 2023
1

Türkiyə İsveçdə Quran yandıran etirazçıların həbsinə order verib



Türkiyə İsveçdə Quran yandıran etirazçıların həbsinə order verib.

Qərar Ankara Baş Prokurorluğu tərəfindən 9 fəalla bağlı verilib.

Yanvarın 21-də sağçı ekstremist “Hard Course” partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı diplomatik missiyasının qarşısında Quranı açıq şəkildə yandırıb. O, tamaşaçılara Məhəmməd peyğəmbərin karikaturasını da nümayiş etdirib.

Bir həftə sonra polisin icazəsi ilə aksiya İsveç paytaxtının mərkəzində keçirilib və müsəlmanların Qurban bayramını qeyd etdiyi vaxta təsadüf edib. Mitinqdə 37 yaşlı iraqlı Salvan Momika Qurandan səhifələri qopararaq yandırıb.