Gündəm / Siyasət
21 iyul 2023
0
Qlobal Media Forumunda Transxəzər layihəsindən DANIŞIB

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Transxəzər qaz kəməri layihəsindən danışıb.
Dövlət başçısı Transxəzər layihəsinin ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslandığını bildirib.
Prezident Azərbaycanın layihədə oynaya biləcəyi rol barədə bunları deyib: “Transxəzər layihəsi ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bunun təşəbbüsünün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin unutmamalıyıq ki, bu gün Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur”.

Daha çox xəbər:

İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edəcək
Gündəm / Siyasət
“Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir” - Prezident
Gündəm / Siyasət
"Mediamızda sağlamlaşma prosesi uğurla gedir" - Prezident
Gündəm / Siyasət
İlham Əliyev Bakı Forumunda çıxış edir - CANLI
Gündəm / Siyasət
TAP konsorsiumu Azərbaycan qazının Avropaya sınaq nəqli barədə
İqtisadiyyat / Dünya