İqtisadiyyat / Dünya
08 sentyabr 2020
31
TAP konsorsiumu Azərbaycan qazının Avropaya sınaq nəqli barədə
Milliinfo.az
Trans-Adriatik boru kəmərinin (TAP) istismara verilməsinə hazırlıq, eləcə də sınaqlar çərçivəsində boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Albaniyanın Fiere şəhərindəki kompressor stansiyasınadək təbii qazla doldurulub.Bunu XeberOxu.Az-a TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.
Onun sözlərinə görə, boru kəmərinin dəniz və İtaliya sahələrinin sınaqları və istismara verilməsi cədvələ uyğun həyata keçiriləcək ki, 2020-ci ilin dördüncü rübündə “Şahdəniz 2” layihəsindən ilk qazın nəqlini və TAP-ın istismara verilməsi prosesinin başlanğıcını təmin etmək mümkün olsun.
Qeyd edək ki, bir neçə gün əvvəl “Şahdəniz 2” yatağından Trans-Anadolu qaz kəməri ilə (TANAP) Avropaya qaz nəqlinin sınaqları başladığı barədə məlumat verilmişdi.

Daha çox xəbər:

TAP-ın 97%-i yekunlaşıb
İqtisadiyyat / Sosial
Bu il ARDNF “Şahdəniz”dən 66 mln. ABŞ dolları qazanıb
İqtisadiyyat
Azərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.
Mədəniyyət
Azərbaycanda şok!Quşçuluq broylerində qadınları cinsi istismara məruz qoyurlar?
Gündəm
Çinin xarici işlər naziri Avropaya səfər edəcək
Siyasət / Dünya