Gündəm / Siyasət
22 iyul 2023
3
Şuşada Qlobal Media Forumunun ikinci sessiyası başladı
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Qlobal Media Forumunda "Mediada investisiya və istehlak tendensiyaları" adlı ikinci sessiya başlayıb.
Sessiyada müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması mövzusuna toxunulub.
Tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər.
"Economyfirst Limited London" şirkətinin direktoru Klaus Jürgens, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, jurnalist, media meneceri, məruzəçi Bora Bayraktar, Serbiya parlamentinin keçmiş direktoru, Strateji Araşdırmalar Forumunun təsisçi və prezidenti Neven Cveticanin mövzular barədə ətraflı danışıblar.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.
Forum işini iyulun 23-də yekunlaşdıracaq.


Daha çox xəbər:

İlham Əliyevin Şuşadakı çıxışı - Dünya mediasında
Gündəm / Siyasət
Sabah Şuşada “IV Sənaye İnqilabı dövründə yeni media” mövzusunda Qlobal Media Forumu başlayır
Gündəm / Cəmiyyət
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edəcək
Gündəm / Siyasət
Şuşada beynəlxalq media forumu keçiriləcək
Gündəm / Cəmiyyət
MEDİA-da Qazaxıstan Respublikasının İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib
Cəmiyyət