Gündəm / Siyasət
25 iyul 2023
1
Mehriban Əliyeva Vardis Vardinoyannis ailəsinə başsağlığı verib

Birinci vitse-prezident Mehriban Əliyeva Vardis Vardinoyannis ailəsinə başsağlığı verib.
Başsağlığında deyilir:
"Səmimi dostum, əziz və dəyərli insan olan Mariannanın vəfatı məni dərindən sarsıtdı. Yaxın insanı itirmək ağrısı heç nə ilə müqayisə oluna bilməz.
Qəlblərimizi dolduran bu kədər hissini ifadə etməyə söz tapmaq çətindir.
Görkəmli ictimai xadim, vəfalı ömür-gün yoldaşı, etibarlı dost – Marianna onu tanıyanlar üçün xeyirxahlıq, nəciblik, mərhəmət, şəfqət rəmzi idi.
O, parlaq, çalışqan, təşəbbüskar, insanların ağrı-acısını dərindən hiss etməyi bacaran əvəzsiz şəxsiyyət olaraq yaddaşlarda qalacaqdır.
Marianna Vardinoyannis həm də Azərbaycanın səmimi dostu idi. Təsadüfi deyil ki, onun Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilmişdir.
Marianna ilə görüşlərimiz zamanı yaratdığı sevgi dolu, xoş və unudulmaz xatirələr daim qəlbimdə yaşayacaqdır.
Bu ağır günlərdə dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm".

Daha çox xəbər:

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib
Gündəm / Siyasət
Prezident Britaniya səfirliyində olub, Kraliçanın vəfatı ilə əlaqədar başsağlığı verib
Gündəm / Siyasət
Mehriban Əliyeva xalqı təbrik etdi
Gündəm / Siyasət
Mehriban Əliyevadan Xalq artistinin vəfatı ilə bağlı PAYLAŞIM
Gündəm / Siyasət
"Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!" - Mehriban Əliyeva
Gündəm / Cəmiyyət