Gündəm / Siyasət
25 iyul 2023
0
Prezident başsağlığı verdi

Prezident İlham Əliyev ictimai xadim Marianna Vardinoyannisin vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.
Başsağlığında deyilir:
“Görkəmli ictimai xadim, parlaq şəxsiyyət Marianna Vardinoyannisin vəfatı xəbərini sonsuz kədər hissi ilə qarşıladıq.
Marianna Vardinoyannis dərin məzmunlu və şərəfli ömür yolu keçərək, insanlıq və bəşəriyyət naminə nəcib əməlləri, bəşəri dəyərlərin təşviqi, çoxşaxəli humanitar və xeyriyyəçilik fəaliyyəti ilə dünyada böyük nüfuz və ehtiram qazanmışdı.
Yüksək insani keyfiyyətləri özündə cəmləşdirən Marianna Vardinoyannis Azərbaycanın əsl dostu idi. Onun Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında böyük xidmətləri var idi. Məhz buna görə o, Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunmuşdur.
Bütün həyat və fəaliyyətini uca amallara həsr etmiş səmimi və xeyirxah insan Marianna Vardinoyannisin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Bu ağır itkinin acısını bölüşür, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.

Daha çox xəbər:

Mehriban Əliyeva Vardis Vardinoyannis ailəsinə başsağlığı verib
Gündəm / Siyasət
İlham Əliyev II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib
Gündəm / Siyasət
Prezident Madər Musayevin ölümü ilə bağlı nekroloq İMZALADI
Gündəm / Siyasət
İlham Əliyev Çin liderinə başsağlığı verdi
Gündəm / Siyasət
İlham Əliyev İsrail Prezidentinə başsağlığı verdi
Gündəm / Siyasət