Gündəm / Cəmiyyət
27 iyul 2023
1
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası təsdiqlənib
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası təsdiqlənib.
“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Qanuna əsasən nəqliyyat vasitələri utilizasiyaya aşağıdakılar tərəfindən verilir:
- nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs;
“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar tərəfindən:
- Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;
- İstismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.
Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin IX-I və IX-II hissələri ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.
Daha çox xəbər:
Azərbaycanda maşınların texniki baxışdan keçirilmə qaydası dəyişdirildi
Gündəm / CəmiyyətYeni cərimələr hazırlanır - 300 manatdan 4000-ə qədər
Gündəm / CəmiyyətSürücülük vəsiqələri ilə bağlı YENİLİK
Gündəm / CəmiyyətBazar günləri avtomobilin parklanması pulsuz olacaq
Gündəm / CəmiyyətBu hallarda Şuşada nəqliyyat vasitələrinin hərəkəti QADAĞAN EDİLƏCƏK
Gündəm / Şou