Gündəm / Hadisə
03 avqust 2023
1
Tbilisidə azərbaycanlı iş adamına silahlı hücum OLUB

Tbilisidəki “Lilo Mall” ticarət mərkəzində iş adamı etnik azərbaycanlı Roman İsayev silahlı hücuma məruz qalıb.
Bu barədə “TV Pirveli” məlumat yayıb.
Bildirilib ki, başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.
Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.
Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib.
Faktla bağlı cinayət işi açılıb.
Apa

Daha çox xəbər:

ABŞ-da silahlı şəxs ticarət mərkəzində insanlara atəş açdı: Ölənlər və yaralılar var
Gündəm / Dünya
Türkiyəli iş adamı "Çelsi"ni almağa hazırlaşır
İdman
Azərbaycanda silahlı insident: yaralanan var
Gündəm / Hadisə
Trampla görüşdən sonra taleyi dəyişən azərbaycanlı milyonçu kimdir?
Gündəm / Cəmiyyət
İranda imam məscidin qarşısında GÜLLƏLƏNDİ
Gündəm / Dünya