Gündəm / Cəmiyyət
04 avqust 2023
0
MİQ üzrə müsahibə mərhələsinin vaxtı açıqlanıb
Avqustun 9-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start veriləcək.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.
Qeyd edilib ki, müsabiqənin müsahibə mərhələsinə ümumilikdə 5660 namizəd dəvət olunub və müsahibələr avqust ayının 18-dək davam edəcək.
Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Daha çox xəbər:

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi başlayır
Gündəm / Cəmiyyət
MİQ-də müsahibə mərhələli şəkildə keçiriləcək
Gündəm / Təhsil
MİQ imtahanlarının nəticələri AÇIQLANDI
Gündəm / Cəmiyyət
Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimi aparılacaq - Diqqət!
Gündəm / Şou
Müəllimlərin vakansiya seçiminin nəticələri məlum oldu
Gündəm / Cəmiyyət