Gündəm / Cəmiyyət
15 avqust 2023
2
Şuşada daha bir kütləvi məzarlıq aşkarlandı

Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb.
Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və müvafiq qurumların əməkdaşları kütləvi məzarlığın aşkarlandığı ərazidədir.
Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.
Qeyd edək ki, bundan əvvəl isə iyun ayında Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilib.
İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.

Daha çox xəbər:

"Edillidə kütləvi məzarlıq müəyyən olunub" - Prezident
Gündəm / Siyasət
Fərruxdakı meyit qalıqları azərbaycanlılara aiddir - VİDEO
Gündəm / Cəmiyyət
Prezident Şuşaya getdi
Gündəm / Siyasət
İtkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara - Müraciət edildi
Gündəm / Cəmiyyət
Düşmən Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi ATƏŞƏ TUTDU
Gündəm / Cəmiyyət