Gündəm / Cəmiyyət
16 avqust 2023
0

“Qafqazinfo” 13 yaşında!

“Qafqazinfo” 13 yaşında!

Bu gün “Qafqazinfo” xəbər portalının yarandığı gündür.

16 avqust 2010-cu ildə fəaliyyətə başlayan sayt bu illər ərzində inkişaf edərək sıralarını genişləndirib. Vaxtilə bir neçə nəfərlə xəbər meydanına atılan “Qafqazinfo”nun hazırda 28 rəsmi əməkdaşı var. Bundan başqa, paytaxtdan kənar xəbərləri vətəndaşlara daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də işə cəlb olunub.

Gün ərzində sayta 100-dən çox xəbər qoyulur ki, bunlar müxtəlif sahələri əhatə edir. Ən çox oxunan xəbər saytlarından biri olan “Qafqazinfo” oxucusuna istər ölkədaxili, istərsə də dünya hadisələrindən anında xəbər tutmaq imkanı verir. Oxucularını tək-tək toplayan sayt 8 müxtəlif sahəni əhatə edən bölməsi ilə bütün sosial qruplara hədəflənib.

Daim yenilikləri dəstəkləyən “Qafqazinfo” sosial şəbəkələrdə də aktiv səhifələri ilə fəaliyyət göstərir. Xəbər portalını eyni zamanda İOS və android tipli telefonlar üçün yaradılan mobil tətbiqetmədən də izləyə bilərsiniz.

Xəbəri əldə etmək üçün “Qafqazinfo”nu seçən hər bir oxucumuza etimada görə təşəkkür edir, bundan sonra da inamı doğrultmaq üçün çalışacağımızı bildiririk!