Gündəm / Cəmiyyət
16 avqust 2023
0

MN-dən ermənilərin yaydığı video ilə bağlı AÇIQLAMA

MN-dən ermənilərin yaydığı video ilə bağlı AÇIQLAMA


Ermənistan Müdafiə Nazirliyi uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal UAZ- 390945 markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib.

Qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır", - o bildirib.