Gündəm / Siyasət
17 avqust 2023
0

“Qarabağda yaşayan erməni sakinlər üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindəyik”

“Qarabağda yaşayan erməni sakinlər üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindəyik”

“Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və orada yaşayan etnik ermənilər Azərbaycanın sakinləri hesab olunur”.

Bunu Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.

“Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir”, - deyə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi bildirib.