Gündəm / Cəmiyyət
18 avqust 2023
3
Ermənilər təcili yardım maşınında silah və mina daşıyır - Kolonun videosu

Avqustun 18-i səhər saatlarında Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti ilə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni erməni silahlı birləşmələri və Ermənistan silahlı qüvvələrinin qalıqlarının Xankəndi-Qaybalı-Dükanlar-Xəlfəli marşrutu ilə döyüş mövqelərini gücləndirməsi müşahidə edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, texniki müşahidə vasitələrilə əldə edilən görüntülərdə qanunsuz daşımaların həyata keçirilməsi üçün içərisi silah, döyüş sursatı, eləcə də piyada və tank əleyhinə minalarla dolu təcili tibbi yardım maşınının da kolonda hərəkəti qeydə alınıb.
Qeyd edək ki, ermənilərin bundan əvvəl hava məkanımızdan keçən mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinə ciddi təhdid yaradan REM vasitələri quraşdırmaqla təcili tibbi yardım maşınlarından hərbi məqsədlər üçün istifadə etdiyi də tərəfimizdən qeydə alınmışdı.

Daha çox xəbər:

Xankəndi yolu ilə qanunsuz hərbi daşımalar davam edir - VİDEO
Gündəm / Cəmiyyət
Ermənilər Qarabağa yeni yol çəkir - Nazirlik xəbərdarlıq etdi - VİDEO
Gündəm / Dünya
Qanunsuz erməni birləşmələri Qarabağa silah daşıyır
Gündəm / Cəmiyyət
SON DƏQİQƏ! MN məlumat yaydı: Ermənilər sülhməramlılarla... - VİDEO
Siyasət
Müdafiə Nazirliyi məlumat yaydı
Gündəm / Cəmiyyət