Siyasət
21 aprel 2023
0
SON DƏQİQƏ! MN məlumat yaydı: Ermənilər sülhməramlılarla... - VİDEO
Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, aprelin 21-i səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə təminat vasitələrini daşıyan hərbi avtomobil texnikasının növbəti dəfə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkəti texniki vasitələrlə müşahidə olunub.
"Bildiririk ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistan tərəfindən canlı qüvvə, silah-sursat, o cümlədən minaların daşınması və bu xüsusda yeni keçid yollarının müəyyən edilməsi cəhdləri üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması ilə yanaşı bölgədə gərginliyin artmasına və ermənilərin yeni təxribatlarına zəmin yaradır", - məlumatda bildirilib.
Daha çox xəbər:
Xankəndi yolu ilə qanunsuz hərbi daşımalar davam edir - VİDEO
Gündəm / CəmiyyətErmənilər Qarabağa yeni yol çəkir - Nazirlik xəbərdarlıq etdi - VİDEO
Gündəm / DünyaErmənilərin Qarabağa sonuncu alternativ yolu da BAĞLANDI
Gündəm / SiyasətAzərbaycan Ordusunun əsgəri ŞƏHİD OLDU
Gündəm / CəmiyyətSON DƏQİQƏ! Kəlbəcər atəşə tutuldu
Gündəm / Siyasət